Warning: file_get_contents(): php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/qhtfilma/public_html/wp-content/themes/movifox/includes/functions.php on line 53

Warning: file_get_contents(http://license-check.com/index.php?domain=www.qhtfilm.az&script=wp): failed to open stream: php_network_getaddresses: getaddrinfo failed: Name or service not known in /home/qhtfilma/public_html/wp-content/themes/movifox/includes/functions.php on line 53
LAYİHƏ HAQQINDA – QHTfilm.az

LAYİHƏ HAQQINDA

QHTFilm.az saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə İctimai Birliyinin həyata keçirdiyi “QHT-lərin hazırladığı filmlərdən ibarət vahid bazanın yaradılması və sosial şəbəkələrdə təbliği” layihəsi çərçivəsində yaradılıb.

Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanan filmlərin, video və sosial çarxların və digər vizual materialların vahid elektron bazasının formalaşdırılması və sosial şəbəkələrdə təbliğ edilməsindən bəhs edir.

Hər il Şuranın dəstəyilə QHT-lər xeyli sayda sənədli film, video və sosial çarx və digər belə məhsullar hazırlayır. Bunlar  əsasən  milli qəhrəmanların, vətənpərvərliyin, milli tariximizin təbliği, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, cəmiyyət üçün aktuallıq kəsb edən ictimai və sosial məsələlər və digər mövzulara həsr olunur.  Bu video materiallar üçün vahid elektron bazanın olması, asan interfeys və kontentin yaradılması  onların  daha geniş izləyici auditoriyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədlə QHT-lərin hazırladığı filmlər müxtəlif bölmə və janrlar üzrə qruplaşdırılaraq qhtfilm.az saytına daxil edilir: “Filmlər saytda janr, kateqoriya, çəkiliş formatı, dil, istehsal ili, müddət, təşkilat, rejissor  və digər parametrlərə görə çeşidlənib. Həmçinin saytda xüsusi funksiya əlavə edilib ki,  QHT-lər  özləri də birbaşa hazırladıqları filmləri bazaya daxil edə bilsinlər”.

İnformasiyanın bugünkü bolluğu şəraitində mövcud video materialların oxucuya çatdırılması üçün müxtəlif forma və metodlardan istifadə edilməsinin vacibliyini bildirib. Filmlər həmçinin, layihə çərçivəsində yaradılan yutub və feysbuq səhifələrinə da daxil edilir və sosial şəbəkələr vasitəsi ilə filmlərin canlı yayımı təşkil edilir.